Bryus Uillisin həyat yoldaşı açıqlama verdi: Aktyorun keçmiş arvadı Demi Mur onlara köçüb? – FOTO

Dünya

Sosial şəbəkələrdə məşhur Hollivud aktyoru Bryus Uillisin keçmiş arvadı Demi Murun onlara köçdüyü ilə bağlı xəbərlər yayılıb.

Demi Murun xəstə olan keçmiş əri ilə daha çox vaxt keçirməyə qərar verdiyi bildirilir.
Bryus Uillisin həyat yoldaşı, aktrisa Emma Hemminq yayılan xəbərlərlə bağlı açıqlama verib.

Boşandıqdan sonra Uillislə yaxşı münasibət saxlayan Deminin demensiya diaqnozu qoyulan keçmiş əri ilə sona qədər birlikdə olmaq istədiyi qeyd edilir.

Hemminq “Instagram” səhifəsində bu paylaşımı yerləşdirib:

“Demi Mur demensiya diaqnozu qoyulduqdan sonra ona qulluq etmək istəyir. Buna görə də o, keçmiş əri Bryus Uillis və həyat yoldaşı ilə birlikdə yaşamaq üçün onlara köçüb”.

Daha sonra Hemminq mətbuata çağırış edib ki, bu cəfəngiyyatlara son verilsin.

“Gəlin bu şayiələri yerindəcə məhv edək. Bu çox axmaq məlumatlardır. Xahiş edirəm, dayanın”, – deyə Uillisin həyat yoldaşı yazıb.

Xatırladaq ki, Bryus Uillisə demensiya diaqnozu fevralın ortalarında qoyulub. Aktyorun dəhşətli xəstəliyi barədə onun keçmiş həyat yoldaşı Demi Mur “Instagram” səhifəsində məlumat verib.

Mənbə: TSN.ua