Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Dünya

“Moskva və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) regionda vəziyyətin gərginləşməsi zamanı Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib.

O bildirib ki, İrəvan Qarabağla bağlı qərarlarını NATO-nun təsiri altında verib.

“Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında yeni gərginlik İrəvanın Avropa İttifaqı və ABŞ-ə regionda və ölkədəki vəziyyətə dağıdıcı təsir göstərməyə nə dərəcədə imkan verməsindən asılıdır.

Mənbə: news.am

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir