Xarkovda Şərqi Avropanın ən böyük bazarı yanır – VİDEO

Dünya

Xarkovda yerləşən Şərqi Avropanın ən böyük bazarı “Barabaşovo” rusiyalı hərbçilər tərəfindən hücumuna məruz qalıb.

Ticarət mərkəzinin mərmilərlə atəşə tutulmasından sonra bazarda yanğın başlayıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko özünün “Telegram” kanalında məlumat verib.

O, həmçinin hadisənin görüntüsünü paylaşıb.

İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir