Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsi baş tutub

Dünya

Ukrayna və Rusiya arasında “ona on” formatında hərbi əsirlərin mübadiləsi baş tutub.

Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat verib.

Onun sözlərinə görə, gün ərzində iki mübadilə prosesi həyata keçirilb.

“Bu gün, həmçinin Odessa yaxınlığında batmış gəmidən xilas etdiyimiz 11 rusiyalı mülki dənizçini Rusiya tərəfinə göndərdik. Bu mübadilə nəticəsində Zmeyinı adası yaxınlığında əsir götürülmüş “Sapfir” gəmisinin 19 ukraynalı mülki dənizçisini də geri aldıq”, – deyə o bildirib.

Nazir qeyd edib ki, “Sapfir” xilasedici gəmisi də tezliklə Ukraynaya qaytarılaraq Türkiyə limanına çatdırılacaq.

Mənbə: pravda.com.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir