“Vaqner” muzdluları Zelenski və Şmıqala qarşı sui-qəsd planlaşdırıblar

Dünya

“Vaqner” özəl hərbi şirkətinin muzdluları Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqala qarşı sui-qəsd planlaşdırıblar.

Bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Markian Lubkivski bildirib.

“Onlar Ukrayna rəhbərliyini, bizim prezidentimiz və baş nazirimizi öldürmək istəyirdilər”, – deyə M.Lubkivski qeyd edib.

O vurğulayıb ki, sui-qəsd planları ilə bağlı bütün sübutlar beynəlxalq məhkəməyə təqdim olunub.

Mənbə: Segodnya.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir