NATO Rusiyanın təhdid edə biləcəyi ölkələrə dəstək verəcək

Dünya

Alyansın müdafiə siyasəti və planlaşdırması üzrə baş katibinin müavini Patrik Turner bazar günü beynəlxalq Doha forumunda çıxışı zamanı bəyan edib ki, NATO Rusiya tərəfindən təhdid oluna biləcək ölkələrə dəstək üçün əlavə tədbirləri nəzərdən keçirir.

“Biz artıq Gürcüstan, Bosniya-Hersoqovina kimi ölkələri dəstəkləmək üçün addımlar atmışıq. Lakin Rusiyadan gələn təhlükə ilə üzləşə biləcək ölkələrə dəstək olmaq üçün başqa nə edə biləcəyimizi düşünmək istəyirik”, – deyə Turner bildirib.

Mənbə: “RİA Novosti”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir