Podolyak: “Rusiya döyüşlərdə gündəlik 510-530 hərbçisini itirir”

Dünya

“Ukrayna ağır və uzaqmənzilli artilleriya sistemləri üçün mərmi tədarükünün artırılmasına ehtiyac duyur”.

Bu sözləri Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Rusiya döyüşlərdə gündəlik 510-530 hərbçisini itirir.

“Bu, döyüşlərin olduqca yüksək intensivliyindən və Ukrayna hərbçilərinin motivasiyasından xəbər verir. Rusiya Federasiyasının bərpa edilməyən itkilərini iki, üç mislinə çıxarmaq üçün ağır və uzaqmənzilli artilleriya sistemlərinin mərmi tədarükünü kəskin artırmaq lazımdır”, – deyə o qeyd edib.

Mənbə: Segodnya.ua

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir