“Johnson & Johnson” Rusiyaya şəxsi gigiyena vasitələrinin tədarükünü dayandıracaq

Dünya

ABŞ-ın “Johnson & Johnson” (J&J) şirkəti şəxsi gigiyena vasitələrinin Rusiyaya idxalını dayandırır.

Bu barədə şirkətin press-relizində bildirlib.

Bəyanatda qeyd olunur ki, şirkət Rusiyaya dərman və tibbi avadanlıqların tədarükü ilə bağlı öhdəliklərini təsdiqləyir.

Xatırladaq ki, martın əvvəlindən etibarən J&J Rusiyada reklam, klinik sınaq qeydiyyatı və hər hansı əlavə investisiyanı dayandırıb.

Mənbə: RİA Novosti

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir