Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

Dünya

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, 24 fevral-7 aprel tarixlərində Rusiya tərəfinin şəxsi heyətində itkilər 18 900-ə çatıb.

Bundan əlavə, gedən döyüşlərdə Rusiya ordusunun 698 tankı, 1 891 zirehli döyüş maşını, 332 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 HHM sistemi, 150 təyyarəsi, 135 helikopteri, 1 358 avtomobil texnikası, yeddi kateri, 76 yanacaq-sürtkü materialları çəni, 111 kəşfiyyat PUA-sı, 25 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksinin buraxılış qurğusu məhv edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir