Çində pandemiya başlayandan maksimum yoluxma qeydə alındı

Dünya

Son sutka ərzində Çində 20 614 COVID-19-a yeni yoluxma halı qeydə alınıb ki, bu da pandemiya tarixində antirekorddur.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

19 199 nəfərin asimptomatik daşıyıcı olduğu, yalnız 1 415 nəfərdə xəstəliyin müəyyən əlamətlərinin olduğu bildirilir. Hazırda Çində müalicə alanların təxminən 99 %-i ölkə daxilində virusa yoluxub, yoluxanların yalnız 1 %-i xaricdən gələnlərdir.

COVID-19-un ən güclü epidemiyaları Şanxayda və Jilin əyalətində qeydə alınıb – yoluxanların təxminən 89 %-i orada yerləşir.

Bundan əvvəl məlum olub ki, Çində koronavirusun “Omikron” ştammının yeni altnövü müəyyən edilib.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir