Mariupolda naməlum kimyəvi maddənin istifadə edilməsinə dair məlumatlar yayılıb

Dünya

Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində işğalçılar hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

Qeyd olunur ki, Mariupola zəhərli maddə dron vasitəsi ilə atılıb.

Mənbə həmçinin iddia edir ki, bu hadisədən sonra sözügedən ərazidə insanlar arasında tənəffüs çatışmazlığı və beyin qan dövranının pozulması halları müşahidə edilib. 

Yayılan digər məlumatlarda isə zarindən istifadənin istisna edilmədiyi də bildirilir.

Mənbə: “Azov” Telegram

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir