Rusiya ABŞ Konqresinin Nümayəndələr Palatasının 398 üzvünü “qara siyahı”ya salıb

Dünya

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının 398 üzvünə qarşı sanksiya tətbiq edib.

Beləliklə, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri, o cümlədən rəhbərlik və komitə sədrləri Rusiyanın “qara siyahı”sına daxil edilib.

Qeyd olunur ki, bu qərar Rusiya Federasiyası tərəfindən ABŞ-ın sanksiyalarına cavab olaraq atılıb.

Əlavə edək ki, Rusiya daha əvvəl 87 kanadalı senatoru “qara siyahı”ya salmışdı.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir