Rusiyada qaraçılarla polislər arasında “siçan-pişik oyunu” – VİDEO

Dünya

Rusiyanın Voronej şəhərində qaraçıların iştirakı ilə baş verən davanın görüntüləri yayılıb.

Video müəllifinin sözlərinə görə, qaraçı gənclərin olduğu avtomobil park yerində olan digər avtomobili vurub. Bundan sonra dava düşüb. Hadisə yerinə polis cəlb olunub.

Ən maraqlısı da bundan sonra başlayıb. Belə ki, hüquq mühafizəçiləri qanun pozucusunu polis maşınına saldıqdan sonra özləri avtomobilin ön tərəfinə keçiblər. Qaraçı qadınlardan biri polislərin başının qarışmasından istifadə edərək öz yoldaşlarını azad edib. Gənc qaçmağa çalışsa da uzağa gedə bilməyib: yolda duran sakinlərdən birinin güclü zərbəsi ilə yerə sərilib, hüquq mühafizəçiləri də onu saxlayıblar.

Mənbə: BAZA

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir