CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 443 nəfərə çatıb

Dünya

Cənubi Afrikanın cənub-şərqindəki Kvazulu-Natal əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 443 nəfərə çatıb.

Daha 63 nəfər itkin düşmüş hesab olunur.

Təbii fəlakət nəticəsində bölgədə 4000 inzibati bina və evin tamamilə dağıldığı, daha 13500-ə ciddi ziyan dəydiyi bildirliib. Bir çox avtomobil və dəmir yolları su altında qalıb, onlarla körpü uçub.

Müəyyən ərazilərdə elektrik enerjisi, mobil rabitə və içməli su kəsilib. Yüzlərlə məktəbdə təhsil dayandırılıb, bir çox mağaza və bank filialları işləmir.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir