Qırğızıstan Rusiyanın ölkədə üçüncü təhlükəsizlik səviyyəli bioloji laboratoriya tikmək təklifindən imtina edib.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, biolaboratoriyanın inşası ilə bağlı məsələ aprelin 14-də Moskvada Qırğızıstanın baş nazirinin birinci müavini Arzıbek Kojoşev və RF baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda müzakirə olunub. Tərəflər Qırğızıstanda BSL3 bioloji laboratoriyasının yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar, nəticədə Qırğız Respublikası bu layihənin həyata keçirilməsinə qarşı çıxıb.
Mənbə: 24.kg
www.102info.az