Zaxarova: “Rusiya İsveç və Finlandiyaya xəbərdarlıq edib”

Dünya

Rusiya İsveç və Finlandiyaya NATO-ya üzv olacaqları halda onları hansı nəticələrin gözlədiyinə dair xəbərdarlıq edib.

Bu barədə  Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-ın təzyiqi ilə uzun müddətdir ki, İsveç və Finlandiyanı Şimali Atlantika Alyansına cəlb etməyə çalışır, müxtəlif “məşqlər və ya təlimlər adı altında hibrid tədbirlər” həyata keçirir.

“Biz bütün xəbərdarlıqlarımızı – həm ictimai, həm də ikitərəfli kanallarla etmişik. Onlar bu barədə bilirlər, ona görə də təəccüblü heç nə yoxdur”, – M.Zaxarova bildirib.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir