Moskvanın Tverskaya meydanında yanğın olub

Dünya

Moskvanın Tverskaya meydanında, paytaxtın hökumət binası ilə üzbəüz, Yuri Dolqorukinin abidəsi yaxınlığındakı yarmarka pavilyonunda yanğın baş verib. Bu barədə fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayılıb.

Hadisə yerindən çəkilmiş videonu “Novosti Moskvı” Telegram kanalı yayıb. Hadisə şahidlərinin lentə aldıqları kadrlardan görünür ki, Yuri Dolqorukinin abidəsinin sağından, yarmarka tərəfdən gələn tüstü, demək olar, bütün meydanı bürüyüb.

Bildirilir ki, yanğın söndürülüb, insident zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri aydınlaşdırılır.

Mənbə: Rambler.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir