Türkiyədə antik şəhərin kanalizasiya sistemi aşkar edildi – FOTO

Dünya

Türkiyənin Aydın bölgəsinin Nazilli rayonu ərazisində 2 ildir aparılan arxeoloji tədqiqatlar nəticəsində 1 800 il yaşı olduğu hesab edilən kanalizasiya sistemi üzə çıxarılıb.

Türkiyənin bölgədəki mədəniyyət və turizm idarəsinin rəhbəri Umut Tuncer mətbuata verdiyi açıqlamada bildirib ki, kanalizasiya sistemi ərazidə yerləşən və 160 hektar ərazini əhatə edən antik şəhərə aiddir.

Umut Tuncer əlavə edib ki, ərazidə arxeoloji tədqiqatlar davam etdiriləcək.

Mənbə: Haber7

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir