Zelenski Ukraynanı tərk etmək ehtimalı barədə suala cavablandırdı

Dünya

Volodimir Zelenski müharibə bitənə qədər Ukrayna ərazisini tərk etməyi planlaşdırmadığını açıqlayıb.

Ukrayna Prezidenti bu barədə Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında bildirib.

“Müharibə bitənə qədər mənim Polşaya və digər dövlətlərə getməyə haqqım yoxdur” – deyə Volodimir Zelenski vurğulayıb.

Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə riski haqqında suala isə belə cavab verib:

“Düşünmürəm ki, bu gün dünyada hər hansı adekvat insan nüvə silahından istifadəyə razılıq versin. Rusiya Federasiyasının rəhbərliyi reallıqla əlaqəni kəsməsə, nüvə silahından istifadə etməyəcək”, – Ukrayna Prezidenti söyləyib.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir