“Taliban” cinsi meyar üzrə dərs həftəsini yarıya böldü

Dünya

Əfqanıstandakı “Taliban” rejimi ali təhsil ocalqarında dərs həftəsini yarıya bölmək qərarına gəlib.

Belə ki, Təhsil Nazirliyi əfqanların universitetlərdə dərslərə qatılması planını təqdim edib. Plana əsasən, hər iki cinsdən olan tələbələr həftədə cəmi üç gün universitetdə təhsil alacaqlar.

“Qızlar bazar ertəsi, çərşənbə və şənbə günləri, oğlanlar isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri mühazirə dinləyəcəklər”, – deyə məlumatda bildirilir.

Mənbə: lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir