Rusiya Texasdan olan tələbəni ABŞ-da məhkum olunmuş pilota dəyişib

Dünya

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-la baş tutan məhkum mübadiləsi barədə açıqlama verib.

Belə ki, Rusiyada cəza çəkən amerikalı tələbə Trevor Rid ABŞ-da məhkum olunmuş rus pilot Konstantin Yaroşenko ilə dəyişdirilib.

Qeyd olunur ki, mübadilə aprelin 27-də, “uzun danışıqlar prosesi”ndən sonra baş tutub.

Yanvarın sonunda ABŞ Dövlət katibi Entoni Blinken rusiyalı həmkarı Sergey Lavrova Rusiya həbsxanalarında məhkum olan iki Amerika vətəndaşının, o cümlədən Ridin azad edilməsi məsələsinin müzakirəsini təklif edib.

Texaslı tələbə Trevor Raudi Rid 2020-ci ildə Moskvada doqquz il həbs cəzasına məhkum edilib. O, 2019-cu ilin avqustunda sərxoş halda bir neçə qadınla mübahisə edərkən Leninqrad şosesindəki evin sakinləri tərəfindən onu sakitləşdirmək üçün çağırılan polislərə hücum edib. Xidməti avtomobillə şöbəyə gedərkən sürücünün formasını cıraraq digər polis əməkdaşına da zərbə endirib.

Konstantin Yaroşenko 2011-ci ildə ABŞ məhkəməsinin qərarı ilə həbs edilib. O, narkotik qaçaqmalçılığı ilə bağlı sövdələşmədə iştirak maddəsi ilə ittiham edilib və 20 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu il mayın 28-də həbs olunduğu Liberiyadan ABŞ-a gətirilib.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir