Cazibədar model sevgilisinin qanını içir

Dünya

Amerikalı aktrisa Meqan Foks sevgilisi Qan Kellinin qanını içdiyini etiraf edib.

Cazibədar model bunu xüsusi ritual zamanı həyata keçirdiyini vurğulayıb.

“Bu mənim özümə məxsus bir yoldur və mən bunu həmişə bir səbəbə görə edirəm. Proses idarə olunur və adətən belə olur: qanımızdan bir neçə damcı axıdıb sonra da onu içirik”, – Meqan Foks bildirib.

Jurnalistlərə müsahibə verən M.Foks əlavə edib ki, o, sağlam həyat tərzi sürür və qanında toksinlər yoxdur.

“Mən həmişə tamamilə ayıq oluram. Mən şərab belə içmirəm, qəhvə içmirəm, heç vaxt siqaret çəkmirəm. Mən pəhrizimə çox ciddi yanaşıram”, – deyə aktrisa qeyd edib.

Mənbə: Glamour UK

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir