Rusiyalı publisist: “Müharibədən sonra Rusiya tamamilə Çinin təsiri altına düşəcək”

Dünya

Genişmiqyaslı müharibədən sonra Rusiya tamamilə Çinin təsiri altına düşə bilər.

Bu barədə rusiyalı publisist Andrey Piontkovski deyib.

Onun sözlərinə görə, Çin bu nəhəng məkana görə məsuliyyət daşıyacaq və orada istədiyini edəcək.

“Rusiya faktiki Çinə veriləcək. Hazırda bu baş verir”, – deyə Piontkovski vurğulayıb.

O əlavə edib ki, bu versiyası öz təsdiqni tapır, çünki Rusiya indi də ərzaq, texnologiya, ticarəti və s. görə Çindən asılıdır. Sanksiyalar Rusiya iqtisadiyyatını sıfıra endirdikdə bu təsir zirvəyə çatacaq.

“Çin Rusiyanı o dərəcədə zəiflətmək istəyir ki, daha aqressivlik edə bilməsin. Ölkədə növbəti hakimiyyətdə kimin olacağı Çini maraqlandırmır”, –  deyə Piontkovski vurğulayıb.

Mənbə: 24 Kanal

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir