BMT: “Azovstal” zavodundan və Mariupoldan 500-ə yaxın insan təxliyə edilib – FOTO

Dünya

Ukraynanın “Azovstal” zavodundan, Mariupoldan və ona bitişik ərazilərdən 500-ə yaxın insan təxliyə edilib.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

“Ümid edirəm ki, Moskva və Kiyevlə davamlı koordinasiya mülki şəxslərin təhlükəsiz keçidini təmin etmək üçün daha çox humanitar fasilələrə gətirib çıxaracaq”, – deyə o, “Twitter” hesabında yazıb.

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak da Mariupol və “Azovstal”dan təxliyəni təsdiqləyib.

“Biz Mariupol və “Azovstal”dan insanların təxliyəsi üzrə kompleks əməliyyatın növbəti mərhələsini həyata keçirdik. Deyə bilərəm ki, 500-ə yaxın mülki vətəndaşı çıxara bildik”, – deyə o bildirib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir