İranda zəlzələ baş verdi

Dünya

Çərşənbə axşamı İranda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Çaharmahal və Bəxtiyari ostanının mərkəzi olan Şəhrikürd şəhərindən 89 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Şəhrikürd şəhərinin təxminən 129 min nəfər əhalisi var.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir