Rusiyada hərbi komissarlığı yandıran şəxs saxlanılıb – VİDEO

Dünya

Rusiyanın Udmurtiya Respublikasında hərbi komissarlığı və çağırış məntəqəsini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

İstintaq orqanlarının suallarını cavablandıran İlya Farber adlı kişi hərəkətlərini sadəcə olaraq nəyə qadir olduğunu yoxlamaq məqsədilə atdığını bildirib.

Qeyd edək ki, İlya Farber rəssamdır və Tver vilayətində kənd məktəbinin müəllimi, mədəniyyət evinin direktoru kimi fəaliyyət göstərib. Onun haqqında başlanılan səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqla bağlı cinayət işi böyük əks-səda yaratmışdı. Belə ki, Tver vilayət məhkəməsinin İ.Farberə səkkiz illik həbs cəzası ictimaiyyətin narazılığından sonra Ali Məhkəmə tərəfindən ləğv olunmuşdu.

Xatırladaq ki, Rusiyada Ukraynaya qarşı müharibə başlayandan bəri bu ölkədə 12 hərbi çağırış məntəqəsi yandırılıb.

Mənbə: Baza

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir