Amerikalı senator ştatda narkotikin benzindən daha sərfəli olduğunu dedi – VİDEO

Dünya

Luizianadan olan respublikaçı senator Con Kennedi bildirib ki, onun ştatında benzin o qədər bahadır ki, kokain almaq daha sərfəlidir. O, Prezident Co Baydenin yanacağın bahalaşmasının öhdəsindən gələ bilmədiyini qeyd edib.

“Benzinin qiyməti o qədər yüksəkdir ki, kokain almaq və sadəcə qaçmaq daha ucuz başa gəlir”, – deyə o bildirib.

Hazırda Luizianada benzinin orta pərakəndə satış qiyməti qallon üçün (3,785 litr) 4,495 dollardır (7,64 manat). Eyni zamanda, yanacağın ölkə üzrə orta qiyməti qallon üçün təxminən 4,955 dollardır (8,42 manat).

ABŞ Avtomobil Assosiasiyasının hesablamalarına görə, Prezident Co Baydenin andiçmə mərasimindən bəri ABŞ-da yanacaqdoldurma məntəqələrində benzin iki dəfə bahalaşıb. Təşkilatın məlumatına görə, adi markalı benzinin orta qiyməti tarixi maksimumunu yeniləyib. 2021-ci ilin yanvarında Bayden vəzifəyə gələndə bu rəqəm bir qallon üçün 2,38 dollar (4,04 manat idi) idi.

Mənbə: Lenta.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir