İranda ard-arda güclü zəlzələ baş verib

Dünya

İranın cənubundakı Hörmüzqan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Tehran Universitetinin Geofizika İnstitutu nəzdində fəaliyyət göstərən Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Episentri Hörmüzqan əyalətinin Cənah şəhəri olan zəlzələ yerli vaxtla saat 10:36-da qeydə alınıb.

Yerin 8 kilometr dərinliyində baş verən zəlzələnin fəsadları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Milli Seysmoloji Mərkəz səhər saatlarında Hörmüzqanda 4,4 və 4,5 bal gücündə iki zəlzələnin də olduğunu bildirib.

Mənbə: Anadolu

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir