Bolqarıstanla Rusiya arasında diplomatik qalmaqal böyüyür: Sofiyadakı səfirlik bağlanır

Dünya

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova Rusiya rəhbərliyi qarşısında təcili olaraq Sofiyadakı səfirliyin bağlanması məsələsini qaldıracağını bildirib.

“Bu addımın sonrakı ağır nəticələrinə görə məsuliyyət tamamilə Kiril Petkov hökumətinin üzərinə düşür”, – Rusiyanın Bolqarıstandakı səfiri özünün sosial şəbəkə hesabında yazıb.

O əlavə edib ki, Rusiyanın Bolqarıstandakı səfirliyinin bağlanması öz növbəsində Bolqarıstanın Moskvadakı diplomatik nümayəndəliyinin bağlanmasına gətirib çıxaracaq.

Qeyd edək ki, Bolqarıstanın baş naziri Kiril Petkov 70 rusiyalı diplomatın “persona non-qrata” elan edilməsi qərarını dəyişdirməyəcəyini bildirib.

Kiril Petkov ölkə parlamentindəki çıxışında rusiyalı diplomatları xüsusi xidmət orqanlarının əməkdaşları olduqlarını bəyan edib.

Mənbə: İnterfaks

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir