Britaniyanın yeni baş nazirinin məlum olacağı tarix açıqlandı

Dünya

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.

Bu barədə Mühafizəkarlar Partiyasının parlament komitəsi məlumat yayıb.

Məlumata görə, iyulun 12-də həm də baş nazir olacaq partiya sədri postuna namizədlərin irəli sürülməsinin başa çatacaq.

Seçki prosesinə isə iyulun 13-də başlanacaq.

Qeyd edək ki, hazırkı hökumət başçısı Boris Conson iyulun 7-də baş nazir və Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, yeni baş nazir təyin olunana qədər vəzifəsinin icrasını davam etdirəcək.

Mənbə: lenta.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir