Kainatın indiyə qədər çəkilmiş ən dərin və rəngli görüntüsü yayımlandı – FOTO

Dünya

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ceyms Uebb Kosmik Teleskopunun ilk elmi görüntüsünü yayımlayıb.

Bu şəkil kainatın indiyə qədər çəkilmiş ən dərin və ən kəskin infraqırmızı şəkli kimi qeydə alınıb.

Şəkil qalaktikaların bizə 13 milyard ilə çatan işığını əks etdirir.

Kainatın bu günə qədərki ən təfərrüatlı təsviri olaraq xarakterizə edilən bu görüntü Ağ Evdə keçirilən toplantıda ABŞ Prezidenti Co Baydenə göstərilib.

Teleskopun çəkdiyi digər görüntülər də bu gün NASA tərəfindən yayımlanacaq.

Mənbə: Hürriyet

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir