Uhan şəhərinin bəzi rayonlarında yenidən sərt karantin tətbiq olundu

Dünya

Çinin Uhan şəhəri karantindən çıxdıqdan sonra burada fərdi yoluxma halları qeydə alınsa da,  karantin tətbiq edilməyib.

Lakin hazırda Hubey əyalətinin Uhan şəhərinin Szyansya rayonunun səlahiyyətliləri üç günlük karantin tətbiq etmək qərarına gəliblər. Buna səbəb dörd asimptomatik COVID-19 hadisəsinin müəyyən edilməsidir.

Pandemiyanın qarşısının alınması və onunla mübarizə üzrə rayon qərargahından verilən açıqlamada qeyd olunub ki, əhalisi 1,3 milyon nəfərdən çox olan ərazinin sakinlərinə müvəqqəti olaraq evlərini tərk etməmələri tövsiyə olunub.

Mənbə: Sputnik Gürcüstan

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir