Qrenlandiya sürətlə əriyir

Dünya

Kopernik kosmik proqramı vasitəsilə əldə olunan yeni görüntü Qrenlandiyada son vaxtlar kütləvi buz əriməsi və iqlim dəyişikliyinin davam edən təsirlərini göstərir.

Bu ay ərzində buzlu adada yerli standartlara görə hava çox isti keçib. Bəzi ərazilərdə havanın temperaturu 15,5°C ətrafında olub ki, bu da iyulun orta göstəricisindən 10 dərəcə yüksəkdir.

Bu qeyri-adi yüksək temperaturlar Qrenlandiyanın buz təbəqəsinin sürətlə əriməsinə səbəb olub. İyulun 15-dən 17-dək bu ərazi 18 milyard, iyulun 20-dən 23-dək isə 30 milyard tonadək su itirib.

Qeyd edək ki, Kopernik peykindən çəkilən görüntü iyulun 22-də ərimənin pik nöqtəsində qeydə alınıb.

Mənbə: ferra.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir