İki ildir dağlarda tənha yaşayan şəxs danışmağı unudub

Dünya

Çinin Quanqsi-Çjuan Muxtar Bölgəsindəki Liuzhou şəhərinin polisi iki ildir dağlarda ədalətdən gizlənən və demək olar ki, danışmağı unudmuş bir şəxsi həbs edib.

Vu adlı kişi atışma zamanı Vey adlı rəqibinə hücum etdikdən sonra axtarışa verilib. O, hadisə yerindən qaçıb. Vey isə xəstəxanaya yerləşdirilib.

Çinli müalicə xərclərini ödəməyin ona neçəyə başa gələcəyini biləndə, dağlarda gizlənməyə üstünlük verib.

Vu iki ili tam təklikdə keçirib. O, çöldəki tərk edilmiş evdə yaşayıb, yabanı meyvə və tərəvəz yeyib.

Mənbə: lenta.ru

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir