İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti tərəfindən Pakistana yardım ediləcək

Dünya

Azərbaycan Pakistana yardım göstərəcək.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan itkisi və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə iki milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir