Avropanın Top-5 liqasında transferə xərclənən fantastik məbləğ AÇIQLANDI

Dünya

Avropanın Top-5 liqasında qış və yay transfer dönəmində klubların transferlərə xərclədiyi məbləğ bəlli olub.

“Report” Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, futbolçu keçidləri üçün təxminən 6,20 milyard avro ödənilib.

Pandemiya illərindən sonra klubların transfer xərclərində artım qeydə alınıb. Bu məbləğ 2020-ci ildə 4,83 milyard avro, 2021-ci ildə isə 3,84 milyard avro olub.
2019-cu ildə rekord qeydə alınıb. Avropanın Top-5 liqasında həmin vaxt transferlərə 6,69 milyard avro xərcləyib.

2013-cü ildə 2,74 milyard avro, 2014-cü ildə 2,91 milyard avro, 2015-ci ildə 3,85 milyard avro, 2016-cı ildə 4,24 milyon avro, 2017-ci ildə 6,08 milyard avro, 2018-ci ildə isə 5,82 milyard avro oyunçular üçün ödənilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir