Çin günəş enerjisi ilə işləyən kosmik dronu sınaqdan keçirib

Dünya

Çin günəş batareyaları ilə işləyən “Çiminsin-50” (QMX-50) dronunu sınaqdan keçirib.

Yerə yaxın kosmik fəzada uçuşlar üçün nəzərdə tutulna PUA-nın sınaqları uğurlu olub.

Bu barədə bazar günü Çinin Aviasiya Sənayesi Korporasiyası (AVIC) məlumat verib.

Birinci Aviasiya Quruculuğu İnstitutu tərəfindən hazırlanmış QMX-50 iri ölçülü iki gövdəli PUA-dır. O, ölkənin şimal-qərbindəki Yulin şəhəri (Şansi əyaləti) yaxınlığından havaya qalxıb və 26 dəqiqəlik uçuşdan sonra uğurla eniş edib.

Qeyd olunur ki, QMX-50 yaxın kosmosa uçuş üçün qoşa gövdəli plana malik ilk aşağı sürətli PUA, həmçinin AVIC tərəfindən yaradılmış günəş batareyaları ilə tam işlək drondur.

Mənbə: TASS

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir