Mersində meşə yanğını genişlənir: Evlər boşaldılıb, magistral yol bağlanıb – VİDEO

Dünya

Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda dünən başlayan meşə yanğını davam edir.

Külək yanğını daha geniş əraziyə yaydığından Mersin-Antalya magistralında hərəkət dayandırılıb.

Əraziyə 11 təyyarə, doqquzu hərbi olmaqla 29 helikopter, 138 yanğınsöndürən maşın və 850 canlı qüvvə cəlb olunub.

790 sakin təxliyə edilib, 303 yaşayış yeri yanğın təhlükəsi səbəbindən boşaldılıb.

Mənbə: Hürriyet

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir