Antiqua və Barbuda Britaniya Millətlər Birliyinin tərkibindən çıxmaq niyyətindədir

Dünya

Antiqua və Barbuda hökuməti qarşıdakı üç ildə Britaniya monarxiyasının hakimiyyətindən qurtulmaqla bağlı respublika referendumu keçirməyə hazırlaşır. Bunu ölkənin baş naziri Qaston Braun deyib.

Onun sözlərinə görə, referendum Antiqua və Barbuda ilə monarxiya arasında fikir ayrılığının təzahürü deyil.

“Bu, müstəqilliyimizi tamamlamaq, həqiqətən də suveren ölkə olmaq üçün son addımdır”, – deyə siyasətçi bildirib.

Mənbə: gazeta.rua

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir