Zaxarova: “Üçtərəfli razılaşmalar nizamlanma prosesinin əsası olaraq qalmaqdadır” – VİDEO

Dünya

“Mövcud eskalasiya və gərginliyə baxmayaraq, Azərbaycanla Ermənistanla arasında sülh müqaviləsinin hazırlanması istiqamətində işlər dayandırılmayıb”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə News.ru portalının jurnalistinin ünvanladığı suala cavabında deyib.

Diplomat əlavə edib ki, Rusiya tərəfi lazımi yardımı göstərir və müvafiq səylər davam etdiriləcək:

“Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda və İrəvanda səfərdə olub. Hər iki paytaxtda danışıqların əsas mövzusu sülh sazişinin müzakirəsi olub. Biz tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırıq və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

M.Zaxarova vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar nizamlanma prosesinin əsası olaraq qalmaqdadır.

“Biz tərəfləri təmkinli olmağa, bütün problemləri siyasi və diplomatik vasitələrlə, o cümlədən Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll etməyə çağırırıq”, – deyə Mariya Zaxarova vurğulayıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir