Aİ Nikaraqua səfirini Brüsseldən qovur

Dünya

Avropa İttifaqı Nikaraquanın Brüsseldəki səfirini “persona non-qrata” elan edib.

Bu barədə Avropa Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

“Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Josep Borrelin təşəbbüsü ilə Şura Nikaraqua Respublikasının Avropa İttifaqındakı missiyasının rəhbərinin persona non-qrata elan edilməsi barədə qərar qəbul edib”, – bəyanatda deyilir.

Vurğulanır ki, Avropa İttifaqı hər zaman qarşılıqlı hörmətə əsaslanan dialoqa açıqdır.

Qeyd edək ki, Brüssel və Manaqua arasında gərginlik sentyabrın sonunda Aİ-nin BMT-dəki nümayəndəliyinin Nikaraquadan siyasi məhbusların azad edilməsini və ölkədə demokratiyanın bərpasını tələb etməsi ilə kəskinləşib. Buna cavab olaraq respublika Aİ-nin bu ölkədəki səfirini arzuolunmaz şəxs elan edib.

Mənbə: gazeta.ru