Ukrayna özünü “DXR”in keçmiş müdafiə naziri kimi təqdim edən şəxsi yaxalayana pul mükafatı vəd edib

Dünya

Ukrayna özünü qondarma “Donetsk Xalq Respublikası”nın keçmiş müdafiə naziri kimi təqdim edən İqor Qirkini (daha çox Strelkov kimi tanınır) yaxalayan şəxsə 10 min dollar pul mükafatı vəd verib.

Bu barədə Sağ sektorun ( Rusiyada qadağan olunmuş təşkilat ) Odessa bölməsinin keçmiş rəhbəri Sergey Sternenko elan verib.

O, qeyd edib ki, mükafata şəxsi vəsaitindən pul ayırıb və onu Qirkini əsir götürəcək şəxsə verəcək.

Bildirilir ki, “DXR” keçmiş müdafiə naziri İqor Qirkinin (Strelkov) cəbhəyə gedib və Ukraynaya qarşı vuruşur.

Qeyd edək ki, Rusiya Federal Təhlükəzislik Xidmətinin əməkdaşı olan İqor Qirkin həmçinin yazıçılıq fəaliyyəti ilə məşğuldur.

Mənbə: Lenta.ru