Səlcuq Bayraktar Azərbaycan xalqını təbrik etdi – FOTO

Dünya

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı o, “Twitter” hesabında paylaşım edib.

Təbrikinə Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir bənd yazan Bayraktar paylaşımına Azərbaycanda çəkilən şəkillərini də əlavə edib.