Qlobal istiləşmə: Fransızlar payızda çimərliklərdə istirahət edir – VİDEO

Dünya

Oktyabr ayının sonu olsa da, Fransanın cənub-qərbində havalar daha çox yay fəslini xatırladır.

İnsanlar çimərlikdə istirahət edir, günəşdən və dənizdən həzz alırlar.

Hava haqqında verilən proqnozlara görə, qarşıdakı günlərdə temperatur 30 dərəcəyə qədər yüksələcək.

Yerli sakinlər payızın mülayim keçməsinə sevinirlər. Eyni zamanda da narahatçılıq içindədirlər. Etiraf edirlər ki, təbiətdə nə isə səhv gedir və bunun çox ciddi zərərləri ola bilər.

Mənbə: Euronews