Türkiyədə faciə: Qadın ticarət mərkəzinin 3-cü mərtəbəsindən yerə yıxıldı – FOTO

Dünya

Türkiyənin Denizli şəhərində qadın ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılıb.

46 yaşlı Yeliz Yeder Can naməlum səbəbdən müvazinəti itirərək hündürlükdən yerə düşüb. 

Ticarət mərkəzində qorxu dolu anlara şahidlik edən şəxslər təcili yardım çağırıblar. Tibb işçilərinin səylərinə baxmayaraq, Y.Y.Canın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ticarət mərkəzinin bağlanma saatlarında baş verib.

Faktla bağlı araşdırma başladılıb.

Mənbə: Haber Global