İran internet məhdudiyyətləri ucbatından 3 milyard dollardan çox zərərə düşüb

Dünya

Etirazlar və iğtişaşlar səbəbindən İranda internetin bloklanmasının ölkəyə vurduğu zərər Ticarət və Sənaye Palatasının təxmin etdiyindən xeyli çoxdur.

Bunu İran Sənaye və Ticarət Nazirliyinin Xarici Əlaqələr Komissiyasının sədr müavini İrina Sina Tağızadə bildirib.

O deyib ki, Palata internetin bloklanmasının vurduğu zərəri düzgün qiymətləndirməyib. Belə ki, təsirə məruz qalan bir çox fərd və şirkətlər nəzərə alınmayıb.

Qeydə alınmayan zərərçəkmişlər arasında əvvəllər İrana investisiya yatırmış şirkətlər, həmçinin İranda və xaricdə nümayəndəlikləri olan firmalar da var. Onlar alıcılarla internetin bloklanması səbəbindən əlaqə saxlaya bilmirlər.

Bundan əlavə, digər ölkələrdə anbarları olan şirkətlər öz məhsullarının qalıqlarını onlayn yoxlamaq imkanlarını itiriblər.

İran rəsmisi qeyd edib ki, itkilər artıq 3 milyard dollardan çoxdur və bloklamanın davam etməsi bir çox şirkətlərin iflasına gətirib çıxaracaq.

Mənbə: rossaprimavera.ru