“Hellouin” bayramı faciə ilə bitdi: İzdihamda 59 nəfərin həyatını itirdi – VİDEO

Dünya

Cənubi Koreyanın paytaxtı Seulda “Hellouin” (“Halloween”) bayramını qeyd etməyə toplaşanlar faciə yaşayıblar.

Belə ki, şənliyi meydanda davam etdirmək istəyən şəxslər konsert zalını tərk edərkən çıxışda izdiham yaşanıb.

Sıxlıq nəticəsində insanlar kütləvi şəkildə boğulmağa başlayıblar.

Son məlumata görə, insident nəticəsində 59 nəfərin ürəyi dayanıb və onlar həyatını itiriblər. 150 nəfərin tənəffüsündə problemlər yaranıb.

Hadisə yerinə onlarla təcili tibbi yardım xidmətinin briqadaları cəlb edilib.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.

Mənbə:Baza