BMT-nin baş katibi taxıl sazişinin dayandırılmasına görə səfərini təxirə saldı

Dünya

BMT-nin baş katibi Antonio Quterreş taxıl sazişinin dayandırılması səbəbindən Əlcəzairdə keçiriləcək sammitə səfərini təxirə salıb.

Bu barədə baş katibin ofisi bəyanat yayıb.

“Baş katib Qara Dəniz Təşəbbüsü ətrafında yaranmış vəziyyətdən dərin narahatdır. O, diqqətini bu məsələyə yönəltmək üçün Ərəb Liqasının sammitində iştirak etmək məqsədilə Əlcəzairə səfərini bir günlük təxirə salmaq qərarına gəlib”, – deyə məlumatda bildirilir.

Bəyanatda həmçinin qeyd olunub ki, Quterreş Rusiyanın sövdələşmədə iştirakına nail olmaq üçün fəal təmaslar aparır.

Mənbə: gazeta.ru