İtaliya A Seriyasında ən çox maaş alan baş məşqçilərin adı açıqlandı

Dünya

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatında ən çox maaş alan məşqçidir. O, Turində ilinə 9 milyon avro qazanır.

Bu barədə italiyalı jurnalist Tankredi Palmeri öz “Twitter”ində yazıb.

A Seriyasında ən çox maaş alan məşqçilərin ilk dördlüyünə daxil olan mütəxəssislər isə aşağıdakılardır:

Joze Mourinyo (“Roma”) – 7 milyon avro

Simone İnzagi (“İnter”) – 4 milyon avro

Stefano Pioli (“Milan”) – 3,5 milyon avro