Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynaya verilməsini müzakirə edəcək

Dünya

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Qərbin Ukraynaya yardımı çərçivəsində Rusiya Mərkəzi Bankının dondurulmuş və müsadirə olunmuş aktivlərini Ukraynaya vermək ideyası tezliklə Aİ tərəfindən nəzərdən keçiriləcək.

Məlumata görə, artıq ekspertlər məsələnin hüquqi tərəfləri üzərində işləyirlər.

Bu təşəbbüs çərçivəsində hələlik aktivlərin yalnız Avropada həbs edilmiş hissəsinin Ukraynaya göndərilməsi planlaşdırılır.

Müzakirələrin dəqiq tarixi açıqlanmır.

Mənbə: lenta.ru